“Tesla” şirkəti, 2017-ci ilin ikinci rüb hesabatlarını təqdim edib.
“Qafqazinfo” technote-yə istinadən xəbər verir ki, hesabatda şirkətin yeni büdcəli avtomobili Model 3-ə olan ön sifariş sayının sürətlə artımı qeyd olunub. Xüsusi tədbir çərçivəsində şirkətin öz ilk Model 3 avtomobillərini alıcılara (əsasən şirkət təmsilçilərinə) təqdim edib.
Məlumata görə, yeni modelin gündəlik ön sifariş sayı 1800-ə çatıb. “Tesla”da çalışmayan alıcılara, yeni model avtomobillər bu ilin 4-cü rübünə kimi çatdırılacaq. ABŞ-da yaşamayan alıcılar isə öz avtomobillərinə yalnız gələn ilin sonunda sahib olacaqlar.
Alıcılar arasında ən prioritetliləri, əvvəllər “Tesla” modeli avtomobil almış şəxslər olacaq. İkinci rüb üzrə hesabatların təqdim olunmasından sonra “Tesla” səhmlərinin bazar qiyməti, 1 dəyərli kağız üçün 345$-a (5.5%) qalxıb.