Bu ilin iyul ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 403 min 234 ton Azərbaycan nefti nəql olunub.
SOCAR-ın mətbuat xidmətindən Axar.az-a bildirilib ki, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 15 milyon 577 min 521 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il avqust ayının 1-dək BTC-yə 337 milyon 115 min 583 ton neft vurulub.
Bundan başqa, bu ilin iyul ayında BTC kəməri ilə 486 min 269 ton Türkmənistan nefti nəql olunub.