Dünya birjalarında neft ucuzlaşmaqdadır.
Axar.az xəbər verir ki, VTİ neftinin qiyməti 1 barrelə görə 0,17 dollar və ya 0,35% azalaraq 48,87 dollar təşkil edib.
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,18 dollar və ya 0,35% azalaraq 51,31 dollar olub.
“Azəri Layt” markalı neftin 1 barrelinin dəyəri 0,73 dollar və ya 1,41% artaraq 52,51 dollar təşkil edib.