09:06
Dünya birjalarında neft bahalaşmaqdadır.
Axar.az xəbər verir ki, VTİ neftinin qiyməti 1 barrelə görə 0,47 dollar və ya 0,98% artaraq 48,36 dollar təşkil edib.
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,38 dollar və ya 0,76% artaraq 50,58 dollar olub.
"Azəri Layt" markalı neftin 1 barrelinin dəyəri 1,36 dollar və ya 2,73% artaraq 51,13 dollar təşkil edib.