![]() |
![]() |
2 saylı ASAN Kommunal mərkəzində vətəndaşlara 3 yeni xidmət göstəriləcək.
Axar.az xəbər verir ki, bu barədə məlumatı ASAN Xidmətin mətbuat katibi Anar Hüseynov verib. Onun sözlərinə görə, ASAN Kommunalda bu günə qədər əsasən “Azərişıq”, “Azərqaz”, “Azərsu” tərəfindən xidmət göstərilirdi. Artıq bu gündən etibarən 2 saylı ASAN Kommunal mərkəzində Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidməti fəaliyyət göstərəcək.
Qeyd edək ki, vətəndaşlar qeyd olunan xidmətlərlə bağlı bazar ertəsi-cümə günləri saat 10:00-dan 18:00-a kimi, şənbə günü isə 10:00-dan 17:00-a kimi mərkəzə müraciət edə bilərlər.