Güc yığmaq üçün idmançılara, dili açılsın deyə uşaqlara yedizdirirlər. Söhbət bildirçin yumurtasından gedir.
Qiyməti 15 -17 qəpik civarında olan bu yumurtaya təlabat kifayət qədər çoxdur.
Millidestek.az xəbər verir ki, Mağaza və bazarlarda toyuq yumurtası ilə bərabər bildirçin yumurtasına rast gəlmək mümkündür. Digər yumurtalar kiçik ancaq bahalı olsa da alıcısı kifayət qədər çoxdur.
Bazalar kimi mağazalarda da bu yumurtaya təlabat kifayət qədərdir. Hətta bu yumurtanın xüsusi alıcıları var.
Alıcılar da bildirçin yumurtasını faydalı olduğu üçün aldıqlarını deyirlər. Amma bildirçin yumurtasından xəbərsiz olanlar da var.
Aşpaz Ağa Kərim Əbülfəzoğlu isə deyir ki, bildircin yumurtası həm dadlı yeməklərin hazırlanmasında, həmdə diet saxlama istəyənlər üçün əvəzzolunmaz seçimdir. Çünki tərkibinin vitamin və zülallarla zəngin olması ona fərqli bir dada verir.
Digərlərindən fərqli olaraq bildirçin yumurtasının allergik təsiri yoxdur. Müntəzəm olaraq bildirçin yumurtasının istifadəsi mədə xorasının, qastritin, qan azlığının, bronxial astmanın, sətəlcəm, baş ağrısı kimi xəstəliklərin qarşısını almağa kömək edir.