Axar.az xəbər verir ki, bu barədə futbol agenti Ramil Adıgözəlov “Leqalbet” ilə söhbətində bildirib.
O, Rusiyanın köklü komandasının da azərbaycanlı mütəxəssislə maraqlandığını qeyd edib:
"Ehtimal ki, “Spartak” da onun arxasınca düşüb. Ona böyük tələbat var və bu məntiqlidir”.
Qeyd edək ki, bu sezon “Qarabağ” Avropa Liqasında ilk dəfə 1/8 final mərhələsinə yüksəlib və burada Leverkuzen “Bayer”inə 6:5 uduzub.