5 mart Bədən Tərbiyəsi və İdman Günüdür

Bu gün Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.

 

İdman.biz xəbər verir ki, bu gün Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd edilməsi təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. Həmin tədbirdə İdman Fondu təsis edilib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı üçün yeni strategiyanın təməli qoyulub.

2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.

Bunun nəticəsidir ki, idmançılarımız Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında böyük uğurlar əldə edib. İdmançılarımız Yay Olimpiya Oyunlarında 7 dəfə iştirak edib. Bu müddətdə 49 medal qazanılıb.

Təmsilçilərimiz Olimpiadalarda 7 dəfə himnimizi səsləndirərək üçrəngli bayrağımızı ən yüksəyə qaldırıblar. Bundan başqa, 14 gümüş və 28 bürünc medal qazanılıb.

İdmançılarımız bu il keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarında da estafeti uğurla davam etdirmək üçün hazırlıqlarını yüksək səviyyədə keçirlər. Artıq 6 növdə 9 təmsilçimiz Fransa paytaxtına lisenziya əldə edib. Azərbaycan idmançıları qarşıdakı aylarda baş tutacaq lisenziya xarakterli turnirlərdə bu rəqəmi artırmaq, ardınca Parisdə uğur qazanmağa çalışacaq.

Komanda idman növlərindəki nailiyyətlər də ildən-ilə artmaqdadır. Artıq təkcə qadın voleybolçular deyil, futbolda “Qarabağ”, basketbolda “Sabah” və 3x3 komandalarımız da azarkeşləri sevindirirlər.

Artıq təkcə Bakıda deyil, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir, mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri özündən söz etdirib. Bunun nəticəsidir ki, ölkəmiz bir sıra böyük beynəlxalq yarışlara, dünya çempionatlarına ev sahibliyi etmək üçün əlverişli məkana çevirib.

AVRO-2020-nin qrup mərhələsinin üç, 1/4 finalın bir oyununun, Avropa Liqasının 2019-cu ildəki “Çelsi” və “Arsenal” arasındakı final matçının Bakıda keçirilməsi xüsusi qeyd edilməlidir. Bundan başqa, 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatı, 2015-ci ildə birinci Avropa Oyunları, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatı, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və qadınlar arasında voleybol üzrə Avropa çempionatı, bədii gimnastika üzrə dünya çempionatı, “Formula-1” kimi nüfuzlu yarışlar Bakıda keçirilib və yüksək səviyyədə təşkil olunması yadda qalıb.

Bu uğurlar Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.

Azərbaycan atletləri müxtəlif səviyyələrdə qazanılan uğurlar 2024-cü ilin arxada qalan dövründə də davam etdirməyi bacarıblar. Güləşçilərin və ağırlıqqaldıranların Avropa çempionatlarında qazanılan medalları göstərmək olar. Artıq futbol meydanlarında qazanılan uğurlar da davamlılığı ilə diqqət çəkir. Qitə miqyaslı klub turnirlərində tarix yazmaqda davam edən “Qarabağ” Avropa Liqasında 1/8 finala qədər irəliləyib.

Bu il ölkəmizdə 5 Mart Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar idman həftəsi keçirilir. Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkil etdiyi çoxsaylı tədbirlərə fevralın 28-də Bakıda start verilib. Müxtəlif səviyyəli idman tədbirləri bu gün Qubada İdman paradı ilə yekunlaşacaq. Tədbir çərçivəsində Xankəndi – Bakı 380 km-lik ultramarafon da baş tutub.

27 Noyabr 2024 Avrokubokların oyunları bu kanallarda
25 Noyabr 2024 Ançelottidən Arda ilə bağlı açıqlama
20 Noyabr 2024 Yığmanın biabırçılığına xalq şairi də dözmədi
20 Noyabr 2024 Millətlər Liqası: Yüksələnlər və düşənlər...
20 Noyabr 2024 Millimizin məğlubiyyəti Mahiri ağlatdı - Video
19 Noyabr 2024 Bizi ağır matç gözləyir - Emreli
18 Noyabr 2024 Doğru yoldayıq, uğursuzluqdan çıxacağıq - Santuş
18 Noyabr 2024 Fateh Terimdən "Qarabağ"la bağlı paylaşım - Foto
16 Noyabr 2024 Tayson məğlub olmasından danışdı
14 Noyabr 2024 Millətlər Liqası: Oyunları yayımlayacaq kanallar
08 Noyabr 2024 Qurbanov "Qarabağ"ın möhtəşəm qələbəsini belə şərh etdi
08 Noyabr 2024 Neymarın üzüyünü oğurlayıb, satışa çıxartdılar
07 Noyabr 2024 "Qarabağ"ın oyunu bu kanalda yayımlanacaq
05 Noyabr 2024 Oyun zamanı futbolçunu ildırım vurub öldürdü - Video
26 Oktyabr 2024 Bu gün “El Klasiko” var
25 Oktyabr 2024 Türk və erməni idmançı dava etdi - Video
24 Oktyabr 2024 “Traktor” Tacikistan klubunu məğlub etdi
24 Oktyabr 2024 “Qarabağ” və Türkiyə klublarının oyunları bu kanallarda
23 Oktyabr 2024 "Qarabağ" çox ciddi və güclü komandadır - Farioli
23 Oktyabr 2024 Matç zamanı stadionda dəhşət yaşandı - Yaralı var - VİDEO
23 Oktyabr 2024 Futbolçuların “Ayaks”la oyuna hazırlıq səviyyəsi...
23 Oktyabr 2024 Avroliqa: “Qalatasaray” “Qarabağ”ın rəqibinə qarşı
18 Oktyabr 2024 Yamal ən bahalı gənc oyunçusu oldu: Qiyməti…
18 Oktyabr 2024 "Qarabağ" "Kəpəz"i darmadağın etdi
14 Oktyabr 2024 Rumıniya şahmatçısı telefonla tutulub
14 Oktyabr 2024 Erməni əsilli iqtisadçı Nobel mükafatı aldı
14 Oktyabr 2024 Santuşun Azərbaycan dili namusu
12 Oktyabr 2024 Azərbaycan millisinin oyununu qadın hakim idarə edəcək
11 Oktyabr 2024 Məsud Özilin Bakıya səfərinin səbəbi bəlli oldu
11 Oktyabr 2024 "Qarabağ"a qarşı gözəl oyun olmuşdu - Özil