Ağır atletika üzrə keçmiş dünya və olimpiya çempionu, ərdəbilli Hüseyn Rzazadə şəkər xəstəliyinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, çempion əməliyyat olunub, hazırda Sasan xəstəxanasında müalicəsini davam etdirir.
Qeyd edək ki, ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionu olan Rzazadə 12 may 1978-ci ildə Ərdəbildə anadan olub.