Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo klub karyerasında 1000 oyun keçirən 7-ci futbolçu olub.
İdman.biz xəbər verir ki, bunu İFFHS açıqlayıb.
39 yaşlı hücumçuya qədər 6 futbolçu bunu bacarıb. Dünya rekordu əfsanəvi qapıçı Rojerio Seniyə məxsusdur.
Qeyd edək ki, Ronaldonun yubileyi Asiya Çempionlar Liqasının "Əl-Fayha” ilə matçına təsadüf edib. Ronaldo milli çempionatlarda 685, kuboklarda 98, beynəlxalq turnirlərdə 217 görüşdə iştirak edib.
1. Rojerio Seni (Braziliya) - 1209
2. Fabio (Braziliya) – 1204
3. Peter Şilton (İngiltərə) – 1089
4. Qlenn Ferqyuson (Şimali İrlandiya) – 1036
5. Noel Baili (Şimali İrlandiya) - 1013
6. Rey Klemens (İngiltərə) – 1006
7. Kriştiano Ronaldo (Portuqaliya) - 1000