Xorvatiya millisinin və İtaliyanın "Milan" klubunun sabiq yarımmüdafiəçisi Zvonimir Boban UEFA-nın Futbol Departamentinin rəhbəri postundan gedib.
Axar.az UEFA-ya istinadən xəbər verir ki, 56 yaşlı funksionerin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, sabiq yarımmüdafiəçinin Aleksandr Çeferinin 2031-ci ilə qədər UEFA prezidenti vəzifəsində qalacağı ilə bağlı qərarın qəbul edilməsinə görə istifa verdiyi iddia olunur.
Xatırladaq ki, Z.Boban təşkilata 2021-ci ildə qoşulub. O, UEFA Futbol Şurasının və Gənclər Futbol Forumunun yaradılması kimi mühüm layihələrin təşəbbüskarı olub.