Sebastyan Şimanski karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Milli.az offsideplus.az-a istinadən xəbər verir ki, "Fənərbağça" futbolçusu "Tottenhem"in diqqət mərkəzindədir.
"Sarı-lacivərtlilər" hücumçu üçün London klubundan 35 milyon avro tələb edir.
Qeyd edək ki, "Şimanski" bu mövsüm 32 görüşdə 12 qol vurub, 14 məhsuldar ötürmə edib.