UEFA Çempionlar Liqasında dördüncü 1/4 finalçı komandanın adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, bu, Portuqaliya çempionu “Portu” olub.
Səfərdə “Roma”ya 1:2 hesabı ilə uduzmasına baxmayaraq, “əjdahalar” öz meydanında əsas vaxtda eyni hesabla qalib gələrək matçı ekstra tayma daşıyıb. Burda isə “Qalatasaray”dan tanıdığımız braziliyalı müdafiəçi Aleks Telesin 117-ci dəqiqədə penaltidən vurduğu qolla “Portu” hesabı 3:1 edib.
Bununla da penaltilərə ehtiyac duyulmayıb və “Portu” ötən ilin yarımfinalçısı “Roma”nı turnirdən kənarlaşdırıb.