Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu keçirilir.
“Qafqazinfo” xəbər verir ki, ilk matçda öz meydanında 0:2 hesabı ilə məğlub olan “Mançester Yunayted” PSJ ilə qarşılaşır.
Romelu Lukaku matçın 2-ci dəqiqəsində hesabı açır və “Mançester Yunayted” 1:0 öndədir.
***
12-ci dəqiqədə Xuan Bernatın vurduğu qolla “Pari Sen Jermen” hesabı bərabərləşdirir.
***
Oyunun 30-cu dəqiqəsində Romelu Lukakunun vurduğu qolla “Mançester Yunayted” 2:1 önə keçdi.
***
Matçın 90+4-cü dəqiqəsində Reşford penaltidən vurduğu qolla "Mançester Yunayted"ə 3:1 hesablı qələbə qazandırıb. İngiltərə təmsilçisi növbəti mərhələyə yüksələn tərəf olub.