UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turunun ilk oyun gününün qarşılaşmalarından sonra statistik göstəricilər açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, milli komandamızın iki futbolçusu - Qara Qarayevlə Riçard Almeyda ən yaxşılar arasında yer alıblar.
Hər iki yarımmüdafiəçi dəqiq ötürmələrin sayında öndədirlər:
1. Riçard Almeyda (Azərbaycan) - 298
2. Qara Qarayev (Azərbaycan) - 276
3. Herolind Şalya (Kosovo) - 253
4. Miloş Velykoviç (Serbiya) - 234
5. Aleksandru Epureanu (Rumıniya) - 233.