Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək.
Bu barədə “Report”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib. Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub.
Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.