“Yuventus”un futbolçusu Duqlas Kosta “Sassuolo” ilə oyunda rəqib futbolçu Di Françeskonun üzünə tüpürdüyü üçün sərt cəzalanıb.
“Qafqazinfo” xəbər verir ki, Braziliya millisinin üzvü 4 oyunluq cəzalanıb.
Kosta qarşılaşma zamanı Di Françeskoya dirsəklə, sonra təpiklə və kəllə ilə vurub. Braziliyalı vinqer son saniyələrdə italiyalı futbolçu ilə dialoq zamanı onun üzünə tüpürüb. 29 yaşlı futbolçu açıqlamasında üzr istəsə də, Di Françeskonun ona qarşı xoş sözlər demədiyi üçün bu addımı atdığını deyib.