"Çelsi"nin sabiq futbolçusu Con Terri London klubuna qayıda bilər.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "zadəganlar" 37 yaşlı müdafiəçiyə klubun aşağı yaş qrupları üzrə komandalarından birini çalışdırmağı təklif edib.
İngiltərə millisinin sabiq üzvünə onun son klubu olan "Aston Villa" da məşqçilik təklif edib.
Qeyd edək ki, C.Terri 19 il - 1998-2017-ci illərdə "Çelsi"nin şərəfini qoruyub.