Liberiyanın prezidenti Corc Vea “Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengeri mükafatlandırıb.
Qol.az-ın “BBC”yə istinadən yaydığı xəbərə görə, keçmiş futbolçu təcrübəli mütəxəssisi ən yüksək dövlət ordeni ilə təltif edib. Vengerlə yanaşı, digər fransız məşqçi Klod Le Rua da ölkə başçısı tərəfindən mükafata layiq görülüb. Vea sözügedən mütəxəssisləri mükafatlandırmasını onların Afrika futboluna xidmətləri ilə əlaqələndirib:
“Siz hər zaman özünüzü bütün dünyada, eyni zamanda Afrikada istedadlı gənclərin axtarışına fərqli yanaşmaları ilə seçiləön müəllimlər kimi sübut etmisiniz”.
Qeyd edək ki, C. Vea Avropada ilk klubu olan “Monako”da məhz Vengerin başçılığı altında oynayıb.