Bu gecə Çempionlar Liqasında “pley-off” mərhələsi çərçivəsində 5 oyun baş tutub.
“Qafqazinfo” xəbər verir ki, oyunlardan biri Azərbaycan təmsilçisi “Qarabağ” Danimarkanın “Kopenhagen” klubu arasında baş tutub.
Oyun “Qarabağ”ın 1-0 hesablı qələbə ilə bitib.
Nəticələr aşağıdakı kimidir:
“Sportinq” (Portuqaliya) – “Styaua” (Rumıniya) - 0:0
“Hoffenhaym” (Almaniya) – “Liverpul” (İngiltərə) - 1:2
Qollar: Mark Ut, 87 - Trent Aleksander-Arnold, 35. Ceyms Milner, 74
“Yanq Boyz” (İsveçrə) - MOİK (Moskva, Rusiya) - 0:1
Qol: Kasim Nuhu, 90+1 - öz qapısına
APOEL (Kipr) – “Slaviya” (Praqa, Çexiya) - 2:0
Qollar: İqor De Kamarqo, 2. Statis Aloneftis, 10
Mərhələnin digər 5 qarşılaşması 16 avqustda keçiriləcək:
“Napoli” (İtaliya) – “Nitsa” (Fransa)
“Başakşəhər” (Türkiyə) – “Sevilya” (İspaniya)
“Hapoel” (Beer-Şeva, İsrail) – “Maribor” (Sloveniya)
“Seltik” (Şotlandiya) – “Astana” (Qazaxıstan)
“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)
Qeyd edək ki, cavab oyunları 22-23 avqustda olacaq.