Bu medal bizim üçün gözlənilən idi.
Yarışdan əvvəl verdiyim müsahibələrimdə də demişdim ki, mən bura medal üçün gəlmişəm.
Axar.az xəbər verir ki, bu sözləri “Doğan” xəbər agentliyinə açıqlamasında Londonda keçirilən atletika üzrə dünya çempionu, Türkiyə atleti Ramil Quliyev deyib.
Çempion olmaq üçün çox çalışdığını deyən atlet 10 ilin zəhməti sayəsində qızıl medal qazandığını bildirib.
“Hansı medalın olacağı qismət idi. Qızıl medal mənim idman karyeramda böyük addımdır. Ötən il də Avropa ikincisi olmuşdum. Bundan sonra mövsümlə əlaqədar daha 2-3 yarış ola bilər. Gələn il də Avropa çempionatı var. Ora üçün hazırlaşacağam. Qarşıda Tokio və Avropa rekordu var. Qismət olsa, onları da bacaracağam”, - Ramil Quliyev deyib.
Qeyd edək ki, Türkiyəni təmsil edən R.Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 20,09 saniyə nəticə göstərərək yarışın favoriti hesab olunan niderlandlı Vayde Van Nikerki qabaqlayaraq dünya çempionu adını qazanıb.