Türkiyənin “Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanı 1 illik icarəyə götürür.
Qaynarinfo xəbər verir ki, əldə olunan razılaşmaya əsasən “Aslan” ulduz futbolçu üçün məxsus olduğu İspaniyanın “Barselona” klubuna 2.5 milyon avro ödəyəcək.
Arda isə “Qalatasaray”da ilinə 3.8 milyon avro qazanacaq. Ardanın dogma klubunda 66 nömrəli formanı geyinəcəyi bildirilir.