Makedoniyanın paytaxtı Skopyedə UEFA Superkubokunun qalibi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqasının son qalibi “Real Madrid” və Avropa Liqasının son qalibi “Mançester Yunayted” arasında baş tutan matçda azarkeşlər 3 qol izləyiblər.
2-1 hesablı qələbə qazanan Madrid “Real”ı Avropanın ən güclüsü olub. Bununla da madridlilər bu titulu son 4 ildə 3-cü dəfə qazanmış oldu.
“Real Madrid” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 2:1
Qollar: 24 – Kazemiro (1:0), 51 – İsko (2:0), 62 – Lukaku (2:1)