“Barselona” İspaniya çempionatının 27-ci turunda “Rayo Valyekano” ilə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, oyun Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Barselona” qarşılaşmanın 24-cü dəqiqəsində qol buraxsa da, ruhdan düşməyib və 14 dəqiqə sonra Pikenin vurduğu qolla tarazlığı bərpa edib.
İkinci hissədə Messi penaltidən vurduğu zərbə ilə komandasını irəli çıxarıb, Suares isə 82-ci dəqiqədə “Barselona”nın üçüncü qoluna imza atıb.