Afrika Millətlər Kubokunda bilet alverçiləri sərt cəzaya məruz qalacaqlar.
İdman.biz xəbər verir ki, Fil Dişi Sahilində təşkil olunan yarışda bu işlə məşğul olanlar həbs ediləcək.
Ölkə polis aldığı bileti satanları saxlayacaq. Bu gün start götürən yarışın açılış matçında Fil Dişi Sahili və Qvineya-Bissau üz-üzə gələcək.
Qeyd edək ki, turnirə fevralın 11-də yekun vurulacaq.