Azərbaycan bilyard idman növü üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Axar.az xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində Azərbaycan Bilyard Federasiyasının yeni prezidenti Seymur Məmmədov məlumat verib.
Onun sözlərinə görə, yarış bu il və ya 2025-ci ildə təşkil olunacaq:
"Artıq sponsorların cəlb olunması istiqamətində danışıqlar gedir. İşimiz çoxdur, amma inanıram ki, ölkəmizdə nüfuzlu turnirlər keçirəcəyik".