Son xəbərlər

Azərbaycan Premyer Liqasında çıxış edən klublar futbolçularla müqavilələrinin notariusda təsdiqlənməsini istəmirlər.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Klublar Komitəsinin sədri Riad Rəfiyev açıqlama verib.

Ov bildirib ki, məsələ komitənin bugünkü iclasında müzakirə edilib: "Xarici ölkələrin çoxunda futbolçularla müqavilələr bağlanarkən onlar notariusdan keçmirlər. Bizdə isə notarius məcburidir. Bu da əlavə vəsait tələb edir. Təklif etdik ki, imkan daxilində notariusu yığışdıraq. Çünki buna mövsüm ərzində xeyli pul gedir. Onsuz da klublar şəffaf işləyir, hesabatlarında sərf etdikləri məbləği göstərir və müqavilə də FIFA-nın TMS sisteminə vurulur".

Qeyd edək ki, Azərbaycanda transferlər mövsüm ərzində iki dəfə - qış və yayda həyata keçirilir.