Son xəbərlər

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” ilə matçda 3 qol vuraraq komandasının möhtəşəm geridönüş etməsinə səbəb olan “Yuventus”un ulduzu Kriştianu Ronaldonun xanımı Corcina Rodrigez diqqət mərkəzinə düşüb.

Qafqazinfo xəbər verir ki, o, portuqaliyalı ulduzun vurduğu 3-cü qoldan sonra göz yaşlarını saxlaya bilməyib.

Corcinanın gözlərinin dolması həm matçı yayımlayan operatorların, həm də fotoqrafların gözündən yayınmayıb.

Rodrigez qarşılaşmadan sonra isə hisslərini belə ifadə edib: “Futbol daim səninlədir. Sən güclüsən, komanda yoldaşlarının, baş məşqçinin fəxrisən. Bu qələbəni, vurduğun qolları daim haqq edirsən. Uşaqların və mən səninlə fəxr edirik”.