Son xəbərlər

MLS klubu "İnter Mayami" ABŞ-da yoldaşlıq oyunu keçirilib.

Milli.az fanat.az-a istinadən xəbər verir ki, rəqib meydanında "Dallas"la qarşılaşan floridalılar 0:1 hesabı ilə uduzub.

"İnter Mayami"nin start heyətində "Barselonanın dörd keçmiş futbolçusu yer alıb: Lionel Messi, Luis Suares, Serxio Busqets və Jordi Alba. Bütün matçı yalnız Alba oynayıb, qalan ulduz legionerlər 64-cü dəqiqədə əvəzləniblər.

Qeyd edək ki, əvvəlki yoxlama oyununda Devid Bekhemin komandası Salvador millisi ilə heç-heçə edərək (0:0) qələbə qazana bilməyib.