Son xəbərlər

İtaliya yığması və "Kalyari" klubunun əfsanəsi Luici Riva 79 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.

Yanvarın 21-də Riva özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Luici Riva bütün karyerası ərzində "Kalyari"də çıxış edib. Milli komandada 62 oyunda 35 dəfə fərqlənən Riva İtaliya yığmasının ən yaxşı bombardiri adını daşıyır.