Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Axar.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində sözügedən xəstəxananın sabiq baş həkimi Ağahəsən Rəsulov dindirilib.

O bildirib ki, H.Seyidovu iş yoldaşı kimi tanıyıb: “Ondan heç kimin narazılığı olmayıb. Xəstələr də, xəstə ziyarətçiləri də Hüseyblə normal münasibətdə idi. Gün ərzində xəstəxanaya 80-100 xəstə qəbul olunurdu. Hər şey də normal idi. Təqsirləndirlilən şəxslə hansısa xəstənin problem yaşadığını eşitməmişəm. Hüseynin kimdənsə pul almasından isə xəbərim olmayıb”.

Məlum olub ki, şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmə ifadəsində ziddiyyət var. Məhkəmədə onun istintaq ifadəsi elan olunub.

A.Rəsulov istintaq dindirilməsində bildirilib ki, baş həkim H.Seyidovun rüşvət almasından xəbəri olub: “Cinayət işində zərərçəkmiş kimi tanınan xəstələri tanıyıram, Hüseyn onlardan rüşvət alıb. Bir dəfə aldığı rüşvətdən 150 manatı da mənə verib”.

Şahid isə məhkəmədə deyib ki, ibtidai istintaqa ifadə verməyib.

Daha sonra Respublika Psixiatriya Xəstəxanasının Arxiv şöbəsinin əməkdaşı Vüsalə Məlikova dindirilib. O bildirib ki, Arxiv şöbəsində işlədiyindən həkimlərlə o qədər də əlaqəsi olmayıb: “Mən sənədlərlə işləmişəm. Heç bir xəstə və həkimlə görüşməmişəm, kiminsə pul almasını görməmişəm”.

Prosesdə ifadə verən digər şahid Könül Əliyeva isə söyləyib ki, xəstəxanada tibb bacısı işləyib. Onun sözlərimə görə, həkimlərin xəstələri qəbul etməsi prosesində iştirak etməyib.

Proses avqustun 22-də davam etdiriləcək.

İttihama görə, Hüseyn Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

Qeyd olunub ki, onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü