![]() |
![]() |
Sankt-Peterburqda məktəbli qıza qarşı nalayiq hərəkətlərdə şübhəli bilinən mağazanın mühafizəçisi saxlanılıb.
Milli.Az bildirir ki, bu barədə Fontanka.ru məlumat yayıb.
KİV-in məlumatına görə, saxlanılmağa səbəb həmin şəxsin 13 yaşlı 7-ci sinif şagirdi ilə messencerdə bir ay ərzində yazışması olub. Şübhəlinin 21 yaşı var və o mağazada mühafizəçi işləyir.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 135-ci maddəsi ilə cinayət işi başlanıb, şəxs ev dustaqlığındadır.