Yevlaxda fermada baş verən yanğın zamanı Daşkəsəndən olan ailəyə məxsus 200 başdan çox xırdabuynuzlu heyvan diri-diri yanaraq tələf olub.

 

Axar.az xəbər verir ki, hadisə gecə saatlarında Yevlaxın Tanrıqullar kəndi ərazisində Vasif Cəfərova məxsus fermada baş verib.

Həmin fermada iki ildir ki, icarə əsasında Daşkəsən rayonu Təzəkənd kənd sakini Zakir Məmmədov və ailə üzvləri 200 başdan çox xırdabuynuzlu, 60 baş iribuynuzlu heyvan və bir sıra quşlar bəsləyir.

Ailənin xanımı Radə Məmmədovanın dediyinə görə, gecə saatlarında fermanın yanından keçən kanal qırağı qamışlıqda başlayan yanğın küləyin təsiri altında bir anda fermanı bürüyüb. Daş tikili tövlədə saxlanılan iribuynuzlu heyvanları alovun əhatəsindən çıxara bilsələr də, qoyun, quzu və quşları qurtarmaq mümkün olmayıb. Onlar tamamilə tələf olub.

Ailənin oğlu Eldəniz Məmmədovun dediyinə görə, 130 baş qoyun və 80 baş quzu alovların əsarətində olan qarğı tövlədə diri-diri yanıb. O cümlədən 30 toyuq, 10 qaz və 8 hind toyuğu tələf olub. Yanan qoyunlardan 20-dən çoxu doğmaq üzrə olan boğaz heyvanlar olub. Zərərçəkən ailə onu da qeyd edib ki, fermada elektrik enerjisindən istifadə olunmur və iki ildə ilk dəfədir ki, yanlarından keçən qamış örtüklü kanalda belə gözlənilməz yanğın baş verir.

Qeyd edək ki, əsas magistral yoldan və kəndin özündən xeyli aralıda yerləşən fermadakı yanğın yerinə çətinliklə də olsa yetişən yanğınsöndürmə briqadası alovu ram edərək digər tövləyə keçməsinə imkan verməyib.

Faktla bağlı araşdırma aparılır.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü