İspaniyada avtobusun çaya aşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər itkin düşüb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın EFE informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, Serdedo-Kotobadedə avtobusun Leres çayına aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər itkin düşüb və daha 2 nəfər xilas edilib.
İnformasiya agentliyi məlumatına əsasən, hadisə yerində xilasetmə işləri davam etdirilir.