Biləsuvarda evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Biləsuvar şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.