![]() |
![]() |
15:25
Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakinin valideynləri sabah toy etməyə hazırlaşırlar.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz Feysbuk hesabında məlumat paylaşıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov saytımıza açıqalamasında bildirib ki, məsələ dərhal nəzarətə götürülüb və aidiyyatı qurumlar məlumatlandırılıb. Yeniyetmənin valideynləri polis şöbəsinə dəvət edilib və hazırda onların izahatları alınır.
Şöbənin Təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir.
Məsələ ilə bağlı Göyçay İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev açıqlama verməkdən imtina edib.