![]() |
![]() |
Rusiyada, Nijni Novqorod vilayətində 39 yaşlı əlil 60 rubl dəyərində oğurlanmış burgerə görə yeniyetmələr tərəfindən şiddətlə döyülərək dünyasını dəyişib.
Milli.Az bildirir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Kişi komaya düşüb və bir neçə gün reanimasiyada yatsa da, həkimlər onu xilas edə bilməyiblər. O, özünə gəlmədən dünyasını dəyişib.
Hadisə oktyabrın sonunda olub. Şəbəkədə bir qrup gəncin səkidə uzanmış kişini necə söyüb güldüyünü əks etdirən video yayımlanıb.
Hadisə şahidlərinin sözlərinə görə, polis hadisə yerinə gələndə yeniyetmələr uzun müddət onu ələ salıb və qaçıblar. Hücum edən üç nəfər saxlanılıb. Onlardan böyüyünün 20, digər ikisinin hər birinin 15 yaşı var. Birincisi istintaq təcridxanasına göndərilib, azyaşlı təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb.
Mərhumun dostları onun əlillik təqaüdü ilə tək yaşadığını, psixi problemləri olduğunu, çox güman ki, buna görə də pul verməyi unudaraq piştaxtadan burger götürdüyünü bildiriblər.