![]() |
![]() |
Göygöl rayonunda yol qəzası baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı minik avtomobili ilə kiçik tutumlu yük avtomobili toqquşub, xəsarət alanlar olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.