Bakıda uşaqları narkokuryerliyə cəlb etmək istəyən dəstə üzvləri saxlanılıb.

 

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr keçirən, onlayn yolla narkotiklərin satışını təşkil edən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və azyaşlıları narkokuryerliyə cəlb edən mütəşəkkil dəstənin daha 19 nəfər üzvü saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 154 kiloqram narkotik vasitə və psixotrop maddə, 1752 ədəd psixotrop tərkibli həb, 3739 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu və 33 ədəd “Makarov” markalı tapançaya aid patronlar aşkar edilib.

Daxil olmuş məlumat əsasında Bakı şəhəri və bölgələrdə həyata keçirilən xüsusi əməliyyatlar zamanı Aqil Ağazadə, Əlizadə Baxşıyev və Əzim Əzimov saxlanılıblar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 103 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 34 kiloqram heroin, 14 kiloqram tiryək, 15 kiloqram metamfetamin, 40 kiloqram marixuana, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə olunan plastik kartlar aşkar edilib. Adları çəkilən şəxslərin əsas məqsədi qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələri satmaqla yanaşı, yeni-yeni insanları asan yolla pul qazanmaq adı altında şirnikləndirərək narkokuryerliyə cəlb etmək olub.

Qeyd edək ki, Əzim Əzimovun Sabunçu rayonunda yerləşən, suvarma, havalandırma və işqlandırma sistemi ilə təchiz edilən torpaq sahəsindən əlavə olaraq aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi yaş halda çəkisi 2 ton 600 kiloqram olan 3724 ədəd çətənə kolu da aşkar olunub.

Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq qeyd edilən dövr ərzində narkotiklərin intensiv satışını təşkil edən daha 16 nəfər saxlanılıb. Onlardan 51 kiloqram müxtəlif növ narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşları sağlam gələcək naminə narkotiklərdən uzaq durmağa, narkotacirlərin yalan vədlərinə inanmamağa və bu sahədə polis əməkdaşlarına dəstək olmağa çağırırıq.

 
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü