![]() |
![]() |
Bakı metrosunda qadının cibindən telefonu oğurlanıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə iyunun 7-də metronun 28 May stansiyasında qatarda paytaxt sakini A.Məmmədovanın cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunan Anar Hüseynov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.