Şəkidə ağır yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə gecə saatlarında rayonun Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Aşağı Küngüt kənd ərazisindən keçən hissəsində baş verib.
Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Ağalarov İbrahim Rəhim oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq kənardakı ağaca çırpılıb.
Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.
Avtomobildə olan sərnişin, Balakən rayon sakini 1995-ci il təvəllüdlü Göyüşova Günel Bəhram qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Mübariz Muradov