Abşeron rayonunda 12 yaşlı yeniyetməni avtomobil vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü Ələkbərov Muhammed Röyal oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.