Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb.
Axar.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsi 30/1 ünvanında yerləşən beşmərtəbəli binanın 4-cü mərtəbəsində baş verib.
1973-cü il təvəllüdlü Mətanət Dadaşovanın meyiti hamam otağında aşkarlanıb. Qonşuların sözlərinə görə, qadın qeyd edilən ünvanda tək yaşayırmış.
Hadisənin başvermə səbəbləri araşdırılır.