![]() |
![]() |
Salyan rayonunda intihar hadisəsi baş verib.
Milli.Az report-a istinadən bildirir ki, hadisə Şəkərli kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 30-35 yaşında Şiriyev Rauf Həmzə oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
Hadisənin səbəbi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.