Son günlər Bakı şəhərində, Elmlər Akademiyası yaxınlığında ilanların müşahidə olunması barədə ictimaiyyətə məlumat verilib, hətta videogörüntülər yayılıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasından Axar.az-a verilən məlumata görə, həmin faktla bağlı bir sıra TV kanalları vasitəsilə ictimaiyyətə izahat verilib. Həmin videoda görüntüsü verilən ilan Levantin gürzəsi olub və AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ərazisində tikinti materialları yığılmış sahədə müşahidə edilib. Bu ilanın həmin ərazidə və ya ona bitişik olan digər ərazidə yaşaması və indi görünməsi mümkünsüzdür.

Bu fikirlər AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının əməkdaşları - dosent Təvəkkül İsgəndərov və Gülbəniz Qasımovanın Akademiya şəhərciyinin ərazisində ilan təhlükəsizliyi ilə bağlı apardıqları herpetoloji monitorinqlə bağlı hesabatda əksini tapıb. Hesabatda qeyd olunub ki, ümumiyyətlə, ilanın şəhər landşaftında, heç bir şəraiti olmayan bir mühitdə yaşayaraq qalması mümkün deyil. Bakı şəhərində ilanlara yalnız AMEA-nın Mərkəzi Nəbatat Bağında və şəhərkənarı boş ərazilərə bitişik sahələrdə rast gəlinə bilər. Şəhərin mərkəz hissələrinə ilanlar müxtəlif yollarla təsadüfən, məsələn, karxanalardan daşınan daş və ya qumla, ilan olan yerlərdəki açıq anbarlardan daşınan tikinti materialları ilə birgə gətirilə bilər.

Monitorinqlər zamanı Akademiya şəhərciyinin ərazisində heç bir ilan və ya onların yaşamasını sübut edəcək heç bir şərait (sakit, gözdən uzaq basırıq yerlər, ilan “qabığı”, ilan yemi olan siçankimilər, kərtənkələlər, quş yuvaları, yeraltı yuvalar və s.) aşkar edilməyib. Əksinə, ərazidə ilanların yaşamasını mümkünsüz edən şərtlər var: hər tərəf işlənilir, becərilir, suvarılır, intensiv insan iştirakı və fəaliyyəti var. Bu cür şəraitdə ilanların yaşaması mümkünsüzdür.

Monitorinq zamanı ərazidə çalışan işçilər, onların rəhbərləri ilə ilanlar və ilan təhlükəsizliyi barədə maarifləndirici və təlimatlandırıcı söhbətlər aparılıb, onlara təlimat kitabçaları paylanıb. Həmçinin ərazidə ilan təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tövsiyələr verilib.

 
13 May 2025 Fəhlənin sinəsinə armatur batdı
06 May 2025 Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
14 Aprel 2025 Qumar oyunları təşkil edən şəxs sərbəst buraxıldı
24 Mart 2025 Duracaqda 22 maşın külə döndü - Video
19 Mart 2025 Çərşənbə şənliyi: kürdlər şəhərimizə iddia etdi
08 Mart 2025 Çərşənbə tonqalında yanan azyaşlı öldü
08 Mart 2025 Psixoloji problemi olan şəxs dərmandan zəhərlənib öldü
18 Fevral 2025 Bank kartlarından oğurluq edən şəxs saxlanıldı
17 Fevral 2025 Nazirlik əməkdaşı özünü güllələdi
12 Fevral 2025 Kişi təmizlik edərkən yuyucu tozdan zəhərlənib öldü
11 Fevral 2025 Dörd qadın futbolçunu ildırım vurdu
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə