![]() |
![]() |
Sumqayıtda qadının yaşadığı evə basqın olub.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə əvvəllər məhkum olunmuş 2 nəfər ona bıçaqla hədə-qorxu gəliblər. Daha sonra içərisində 4900 manat olan pulqabını ələ keçirərək qaçıblar.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıtda qadının evinə silahlı basqın edilib. Hadisə BTZ bağları adlanan ərazidə baş verib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə "BTZ" bağlar sahəsində yaşayan bir qadını naməlum şəxslərin bıçaqla hədələməsi və evindəki dolabdan içərisində 4900 manat olan pulqabını talamaları barədə müraciət daxil olub.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş şəxslər Vüqar Bəylərov və Turan Dadaşlı saxlanıblar. Faktla bağlı araşdırma aparılır.