![]() |
![]() |
Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Azadlıq prospektində "Toyota" markalı avtomobil yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1988-ci il təvəllüdlü Məcidova Günay Tehran qızını vurub.
Qadın sürücünün köməkliyi ilə 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.