Gəncədə 9-cu sinif şagirdi olan qız bıçaqlanıb.
İddia edilir ki, ona öz sinif yoldaşı olan digər qız tərəfindən xəsarət yetirilib.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, müəllimlər iddia edirlər ki, hadisəni törətməkdə şübhəli bilinən şagird intizamsızlığına görə dəfələrlə tənbeh olnub.
Baş vermiş hadisə ilə bağlı məktəbdə hüquq-müharizə orqanlarının əməkdaşları tərəfindən ilkin araşdırmalar aparılıb.
Hazırda sinif yoldaşını yaralamaqda şübhəli bilinən şagirdin yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: