Füzuli rayonunda 17 yaşlı gənc velosipedçini avtomobil vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Füzuli-Xocavənd yolunda qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Hüseynov İmaməli Raci oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.
Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin sonra Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.