![]() |
![]() |
"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "İnşaatçılar" stansiyasında dayanarkən vaqonun bir qapısında nasazlıq yaranıb.
Axar.azxəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, qaydalara uyğun olaraq, sərnişinlər düşürülüb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb.